jestpic.com

Discover Best Images of World

#food #travel #sports #news #may #friday

Naxçıvana səfəri planlayanda booking.com saytında cəmi üç hotel görünürdü, onlardan da ikisi 5 ulduz kimi qeyd olunmuşdu. Digərində yer olmadığı üçün, biz də Təbriz oteli seçdik. Booking.comda rəylər və şəkillər ürək açan idi deyə, otelin yaxşı olacagına əmin idim. Amma... Birincisi müsbət tərəflərini deyim: yeri düz mərkəzdir, bir çox məşhur yerlərə piyada getmək olur, yanında iki ədəd restoran var. İkinci yaxşı tərəfi personal idi, çox professional, mədəni idilər. Bununla da müsbətlər bitir. İlk pis təəssüratım wifi görə oldu, otaqda qətiyyət tutmurdu. Ancaq koridorda və xollda, o da zorla. Otaqları təmiz və iri olsa da, dəsmallar, yataq/hamam dəstləri filan köhnə, sökük-deşik. Yəni 5 ulduzlu otelə heç uyğun deyildi. Amma ən ən dəhşətlisi səhər yeməyi idi. Qeyd edim ki, biz yemək mövzusunda kaprizli deyilik, amma burda pis olan yeməklərin özündən çox təşkilatçılıq idi.  Stolun üstündə ləkəli süfrələr, yeyib duranlardan sonra qətiyyən yığışdırılmayan masalar, çəngəl-bıçaq, boşqab, salfət çatışmamazlığı, çirkli stəkanlar və sair- bütün bunlar iştahın ölməsi üçün bəs edirdi. Yeməklər özü də çox ürəkaçan deyildi deyə, biz səhər yeməyini ümumiyyətlə orda yox, yaxınlıqdakı restoranda etməyə qərar verdik. Bunlar məni narahat edən məqamlardır, ola bilsin başqası üçün qəbulediləndir. Hər halda oralara yolunuz düşəcəksə (məncə düşsün☝️) nəzərinizdə olsun😊 bu posta da like filan qoyun ki, toz basmış travelbloggerlik fəaliyyətimi bərpa edim😁#hotelreview#nakchivanhotel#azerbaycanotelleri#renaosmanadvice

Naxçıvana səfəri planlayanda booking.com saytında cəmi üç hotel görünürdü, onlardan da ikisi 5 ulduz kimi qeyd olunmuşdu. Digərində yer olmadığı üçün, biz də Təbriz oteli seçdik. Booking.comda rəylər və şəkillər ürək açan idi deyə, otelin yaxşı olacagına əmin idim. Amma... Birincisi müsbət tərəflərini deyim: yeri düz mərkəzdir, bir çox məşhur yerlərə piyada getmək olur, yanında iki ədəd restoran var. İkinci yaxşı tərəfi personal idi, çox professional, mədəni idilər. Bununla da müsbətlər bitir. İlk pis təəssüratım wifi görə oldu, otaqda qətiyyət tutmurdu. Ancaq koridorda və xollda, o da zorla. Otaqları təmiz və iri olsa da, dəsmallar, yataq/hamam dəstləri filan köhnə, sökük-deşik. Yəni 5 ulduzlu otelə heç uyğun deyildi. Amma ən ən dəhşətlisi səhər yeməyi idi. Qeyd edim ki, biz yemək mövzusunda kaprizli deyilik, amma burda pis olan yeməklərin özündən çox təşkilatçılıq idi. Stolun üstündə ləkəli süfrələr, yeyib duranlardan sonra qətiyyən yığışdırılmayan masalar, çəngəl-bıçaq, boşqab, salfət çatışmamazlığı, çirkli stəkanlar və sair- bütün bunlar iştahın ölməsi üçün bəs edirdi. Yeməklər özü də çox ürəkaçan deyildi deyə, biz səhər yeməyini ümumiyyətlə orda yox, yaxınlıqdakı restoranda etməyə qərar verdik. Bunlar məni narahat edən məqamlardır, ola bilsin başqası üçün qəbulediləndir. Hər halda oralara yolunuz düşəcəksə (məncə düşsün☝️) nəzərinizdə olsun😊 bu posta da like filan qoyun ki, toz basmış travelbloggerlik fəaliyyətimi bərpa edim😁 #hotelreview #nakchivanhotel #azerbaycanotelleri #renaosmanadvice

5/17/2022, 7:45:57 PM