imamrezaaile images

Discover Best imamrezaaile Images of World

#food #travel #sports #news #may #tuesday

Kimin ismiylə silinir könüldən dərdi-ələm? Kimin eşqiylədi yoxdan yaranıb aləm? #imamrezaaile #imamrezaaz #emirelmominin

12/11/2023, 3:05:12 PM

❤️ Evlilik üçün... 📚 Allah Rəsulu (s) evlənmək istəyən şəxsə belə tövsiyə edərdi: Evlənmək istədikdə gözəl bir şəkildə dəstəmaz al, iki rükət namaz qıl və belə dua et: « اَللَّهُمَّ إِنَّكَ تَقْدِرُ وَلَا أَقْدِرُ وَتَعْلَمُ وَلَا أَعْلَمُ وَأَنْتَ عَلاَّمُ الْغُيُوبِ، فَإِنْ رَأَيْتَ أَنَّ فُلَانَةَ (adı deyilir) خَيْرٌ لِي فِي دِينِي وَدُنْيَايَ واٰخِرَتِي فَاقْدُرْهَا لِي وَإِنْ كَانَ غَيْرُهَا خَيْراً لِي مِنْهَا فِي دِينِي وَدُنْيَايَ وَاٰخِرَتِي فَاقْدُرْهَا لِي» 🔵Oxunuşu: “Əllahummə innəkə təqdiru va lə əqdiru va tələmu va lə ə'əlamu va əntə əlləmul ğuyub. Fəin raəytə ənnə fulanətə/filanun (adı deyilir) xayrul-li fi dini va dünyəyə va əxirati fəqdurhə li vain kənə ğayruhə xayral-li minhə fi dini va dünyəyə va əxirati fəqdurhə li” 🔵Mənası: “Allahım, şübhəsiz ki, hər şeyi sən təqdir edirsən, mən edə bilmərəm. Hər şeyi Sən bilirsən, mən bilmərəm. Qeybi haqqı ilə bilən ancaq Sənsən. Əgər Sənin elmində (şəxsin adı deyilir) mənim dinim, dünyam və axirətim üçün xeyirlidirsə onu mənə nəsib eylə. Yox, əgər başqası dinim, dünyam və axirətim üçün bundan daha xeyirlidirsə o zaman onu mənə nəsib et, qarşıma çıxar.” #imamrezaaile #imamrezaaz #izdivac #dua #aileli #ailem #aileheyati #kişi #qadin #xanim #ailə #dua #peyğəmbər

6/25/2023, 8:16:26 PM

Əmirəl-möminin (ə) buyurur: "Övladlarınızla elə rəftar edin ki, özlərini kərim və şəxsiyyətli hesab etsinlər." Ğurərul-hikəm 1337 #imamrezaaile #hedis #İslamiaile

5/6/2023, 1:31:58 PM

“Yaxşı kişi odur ki, evə daxil olmazdan əvvəl ayaqqabısına palçıq yapışmış olarsa onu təmizləyib sonra evə daxil olsun. Qəm-qüssə və narahatlıq da ayaqqabının altına yapışmış palçıq misalına bənzəyir ki, evə daxil olmazdan gərək təmizlənsin. Eləcə də ləyaqətli qadın evi süpürüb zibili otaqdan çıxartdığı kimi, ailə mühitindəki qəm-qüssə və narahatlığı da bir zibil kimi təmizləməlidir.” Ayətullah Hüseyn Məzahiri #imamrezaaile #imamrezaaz #aile #Ayetullah_Mezahiri #aile_munasibetleri

4/25/2023, 3:20:22 PM

🔹Allahın rəsulu (s):🔹 Allah-təalanın yanında, ailəli şəxsin qıldığı iki rükət namaz, subay şəxsin gecəni ibadətlə məşğul olub, gündüz oruc tutmasından daha qiymətlidir. 📚"Təhzibül-əhkam", 7\239; "Qurbul-əsnad", səh. 20 #imamrezaaile #imamrezaaz #hedis #aile #heremimamrza

4/24/2023, 11:51:54 AM

Həzrət Məhəmməd (s) Səd ibn Məazın dəfnində onun qəbrini düzəldən zaman belə buyurdu : "Mən bilirəm ki, bu qəbir (yağış və külək vasitəsilə) dağılacaq. Amma Allah Taala işini möhkəm və yaxşı görən bəndəsini sevir. Məhəmməd Baqir Məclisi, Bihar əl-Ənvar, c. 6, s. 220 👉Başqa yerdə belə buyurur : "Bir iş görmək istədiyiniz zaman onu yaxşı və möhkəm görün (necə gəldi yox)" Məhəmməd ibn Yəqub Kuleyni, Kafi, c. 3, s. 262 P.S. İnsan hər bir işini yaxşı şəkildə yerinə yetirməlidir. İşinə məsuliyyətlə yanaşmalıdır. Habelə övladını tərbiyə etdiyi zaman da onun tərbiyəsinə ciddi yanaşmalı və tərbiyə işini yaxşı icra etməlidir. Uşaq tərbiyəsi üzrə araşdırmaçı Rüfət Həbiboğlu #imamrezaaile #imamrezaaz #ovladterbiyesi #usaq #namaz #hedis #herem

4/23/2023, 9:16:55 AM

Doktor Spok deyir: "Uşaqda Allaha iman və eşq zəminəsi, valideynin Allaha olan zəminəsinin eynidir”. Uşaq üç yaşından altı yaşına qədər hər şeydə valideynə təqlid etməyə çalışır. Belə ki, onlar uşaqlarına Allahdan danışanda, uşaqlarında Allaha olan iman öyrətdikləri kimi olacaqdır. Nəticədə uşaq təsəvvüründə Allah haqqında müəyyən biliyə malik olacaqdır. Bu təsəvvür gözəl olacaqdır. O, biləcəkdir ki, valideynlərindən də qüdrətli və rəhman başqa bir varlıq vardır. Onu sevməyə başlayacaq və Onun mehriban olmasına inanacaqdır. #imamrezaaile #imamrezaaz #ovladterbiyesi

4/5/2023, 11:30:59 AM

6 yaşdan kiçik uşağı dərs kurslarına qoymaq, müxtəlif məşğələlərə pul tökmək, övladınıza xeyirdən çox zərər verəcəkdir. Uşağın 6, 7 yaşa qədər oynamaq və azadlıq haqqını əlindən alsanız, böyük yaşlarda məsuliyyətlərini yetirməyə və dərs oxumağa səbri olmayacaq. Bəli 6 yaşa qədər uşaqlara təlim verilməlidir. Amma şüuraltı və qeyri-müstəqim olaraq. #imamrezaaile #imamrezaaz #telimterbiye #ovladterbiyesi

3/29/2023, 11:22:38 AM

🥀 Övladının bədbəxt olmasına səbəb olan rəftar Əgər övladını çətinliyə düşməyə qoymasan. Bəlalar qarşısında (hədsiz) həssas, ləzzətlər qarşısında vecsiz olacaq. Yəni belə bir insanın qabağına (məsələn) dünyanın ən dadlı yeməyinidə qoysan onun üçün fərq etməyəcək. Bir halda ki, çətinlik görmüş insan bir tikə çörəyin belə qədrini bilir. Belə bir valideyn deyir: uşağım oruc tutsun?! ac qalsın?! axşama qədər su belə içməsin?! Övladını bədbəxt etmək üçün bu kifayətdir ki, ona həyatın isti soyuğunu dadmağa icazə verməyəsən. Şəhid Mürtəza Mütəhhəri #imamrezaaile #imamrezaaz #ovladterbiyesi #sehid_murteza_mutehheri

3/28/2023, 11:41:53 AM

Bəzən övladınıza icaze verin ki, səhvinin acı nəticəsini dadsın. Məsələn imtahanı var və siz onun yadına salmasanız, onu danlamasanız dərs oxumur, bu zaman heç bir emosional reaksiya göstərmədən ona sakitcə imtahanını xatırladın. Sonra öz öhdəsinə buraxın, bildiyini etsin. Beləliklə gələn dəfə artıq dərsə daha məsuliyyətlə yanaşacaqdır. #imamrezaaile #imamrzaheremi #imamrezaaz #ovladterbiyesi

3/27/2023, 5:36:17 PM

🌱 Övlada hörmət Övladlarına, məxsusən böyük övladlarına xüsusi şəkildə hörmət edərdi. Onlarla təmkinli və xoş bir davranışı var idi. Bəzən hər hansı bir bəhanə ilə mətbəxə keçib bizə çay süzərdi. Biz imamın bu rəftarından xəcalət çəkərdik. Atifə İşraqi (imamın nəvəsi) 📚 Ruhullahın həyat tərzi #imamrezaaile #imamrezaaz #ovladterbiyesi

3/22/2023, 8:20:35 AM

Əgər valideyn uşağın yaramazlığına görə onun üstünə qışqırırsa, uşaq bir şey yolunda getməyəndə qışqırmaq lazım olduğunu düşünür. Əgər valideyn uşağın əlindən hər hansı bir şeyi güclə alırsa, uşaq da başqalarından istədiyini o formada alır. Unutmayaq ki, övladımız dediklərimizdən çox etdiklərimizə diqqət edir. #imamrezaaile #imamrezaaz #İslamdaovladterbiyesi

3/21/2023, 10:10:34 AM

Övladımızda özünə inamın olub olmadığını haradan bilək? ❇️Cəmiyyət arasında danışmaqdan çəkinir. ❇️Yaşıdlarından uzaq durur. ❇️Çox vaxt tək oynamaq istəyir. ❇️Öz zəif cəhətlərini bilir, lakin başqalarını günahlandırır. ❇️Dostu ya yoxdur, ya da çox azdır. Bu xüsusiyyətlər uşağın özünə inamsızlığını göstərir. Kiçik yaşlarda güvənsizliyi aradan aparmaq daha asandır. Əksər vaxtlar insanın bir çox istedadları özünə inamsızlıq səbəbindən gizli qalır. Bu o deməkdir ki, övladınızın müvəffəq bir şəxs olması üçün əvvəla onda özünə inam hissini formalaşdırmalısınız. #imamrezaaile #imamrezaaz #ovladterbiyesi #ozune_inan

3/18/2023, 5:19:52 PM

Uşaq dünyaya gətirməkdə başqaları ilə yarışmaq və sırf bu məqsədlə nəsil artırmaq çox yanlış bir addımdır. Unutmayaq ki, övlad yetişdirmək böyük bir məsuliyyətdir. Doğrudur İslam dini çox övladlılığın tərəfdarıdır. Bir şərtlə ki, valideyn uşağın haqqlarına əməl etməyə qadir olsun. Bunun üçün əvvəlcə haqqların hansılar olduğunu bilməliyik. İnsan adi bir yemək hazırlayanda belə hazırlanma qaydasını öyrənmək gərəyi duyursa, necə ola bilər ki, insan yetişdirməyə belə laqeyd yanaşsın və insanı yemək, geyim və s.. kimi maddi ehtiyaclardan ibarət bilsin?! #İmamrzashrine #imamrezaaile #imamrezaaz

3/17/2023, 3:05:25 PM

Uşaqların televizora çox baxmağının zərərləri Diqqəti cəmləyə bilməmək Fikir dağınıqlığı IQ zəifləməsi Rəftarda problemlər və əsəbilik #imamrezaaile #imamrezaaz #televizor

3/13/2023, 3:23:58 PM

👶🏻 KÖMƏKLƏŞMƏ VƏ ƏMƏKDAŞLIQ Köməkləşmə və əməkdaşlıq etmə əhval-ruhiyyəsinin bünövrəsi uşaqlıq çağından qoyulmalıdır. Uşaqlarını düzgün tərbiyə olunmasını istəyən Valideynlər müxtəlif yollarla, hətta məqsədyönlü oyunlarla uşaqları yaxşı işlərdə bir-birinə kömək etməyə sövq etdirə və Allah vergisi olan fitrətini çiçəklənəndirə bilərlər. 📙İbrahim Əmini/ Tərbiyə üsulları #imamrezaaile #imamrezaaz #emekdashliq

3/12/2023, 3:40:57 PM

Mobil telefonun uşaqlar üçün fəsadları Gözlərin zəifləməsi. İstedadların gizli qalması. Hərəkətsizlik nəticəsində müxtəlif xəstəliklərə tutulma riski. Dərs və məşğələyə həvəsin qalmaması. Telefona asılılıq. Əsəbilik və s... Təhqiqatlar göstərir ki, uşaq yaşından mobil telefondan istifadə etmək gələcəkdə beyin xərçənginə tutulma ehtimalını çoxaldır. #imamrezaaile #imamrezaaz #mobiloyunlar #mobiltelefon #usaqveyeniyetme

3/11/2023, 8:51:56 AM

Həyat yoldaşınızı tez-tez öz günahsızlığını sübut etməyə vadar etməyin. ❌Harada idin? ❌Kiminlə idin? ❌İşin niyə gec qurtardı? ❌Niyə mənə demədin? #imamrezaaile #imamrezaaz #islamiaile

3/10/2023, 8:35:44 AM

AİLƏ - TƏŞKİLAT ÜÇÜN İLK BAZA Ailə - təşkilatlanmağa çalışmaq üçün ilk bazadır. Ailə həyatında yola getməyi və məhəbbət bəsləməyi öyrənən insan, ictimai həyatda və bundan daha önəmli təşkilat səviyyəsində də yola gedə bilən və digərlərinə məhəbbət bəsləyən insan ola bilər. Ustad Pənahiyan #imamrezaaile #imamrezaaz #penahian

3/6/2023, 8:29:49 AM

Uşaqların, məxsusən yeniyetmələrin əsəbi olmaqlarının səbəblərindən biri valideynin onu dinləməməyi və başa düşməyə çalışmamağıdır. Əgər bir sözü ona yüz dəfə deyirsənsə günahkar övladın deyil bəlkə sənsən? Bəlkə onunla düzgün ünsiyyət qura bilmədiyin yaxud qurmağa cəhd etmədiyin üçün sözünü eşitdirə bilmirsən? Övladlarımızın rəftarını təhlil edəndə əvvəl öz etdiklərimizə və etmədiklərimizə nəzər salaq. #imamrezaaile #imamrezaaz #islamda_ovladterbiyesi

3/2/2023, 11:59:20 AM

Əsəbi Depressiv Stresli Nigaran Səbrsiz Ananın övladı özünü əmniyyətdə hiss etmir. Belə uşaqlar böyüyəndə psixoloji cəhətdən problemli insanlara çevrilirlər. #imamrezaaile #imamrezaaz #anaovlad

3/1/2023, 6:55:49 PM

İmam Rza (ə) buyurur: ”Bil ki, qadınlar müxtəlifdir. Bəziləri çox qiymətlidirlər. Onlar öz həyat yoldaşına məhəbbət göstərib onu sevən qadınlardır". 📝 Mustədrək c.14, s. 243 #imamrezaaile #imamrezaaz #islamdaaile #hedis #imamRza https://t.me/Elm_T_M_313

2/28/2023, 6:59:24 PM

İmam Rza (ə) buyurur: ”Bil ki, qadınlar müxtəlifdir. Bəziləri çox qiymətlidirlər. Onlar öz həyat yoldaşına məhəbbət göstərib onu sevən qadınlardır". 📝 Mustədrək c.14, s. 243 #imamrezaaile #imamrezaaz #islamdaaile #hedis #imamRza

2/28/2023, 3:06:39 PM

Əziz valideyn unutma ki, yaşca böyük övladın qardaş/bacısına baxmağa məcbur deyil. Bu əslində sənin vəzifəndir. Əgər övladını özündən kiçik bacı/qardaşına baxmadığına yaxud balacaya aid olan işləri görmədiyini görə günahlandırsan bu səbəb olacaq ki, uşaqlar arasında paxıllıq yaransın. Əlbəttə yeniyetmə uşaqlar kömək etməlidirlər. Amma baxır siz bu köməyi necə istəyirsiniz yaxud özü edirsə necə qiymətləndirirsiniz?! #imamrezaaile #imamrezaaz #ovladterbiyesi

2/27/2023, 8:12:08 AM

🏡 Xoşbəxt ailənin üzvləri bir-birinə zaman ayırırlar. Belə ailələr vaxtlarını elə tənzim edirlər ki, bütün enerji və zamanı işə sərf etməsinlər. Ailə ilə vaxt keçirtməyə, onlarla həmsöhbət olmağa da hövsələ və zamanları qalsın. #imamrezaaile #imamrezaaz #xoshbext #aile

2/18/2023, 9:09:35 AM

Əksər qadınlar fitrətən itaət etməyi və tabe olmağı xoşlayırlar. Təbii ki, ona istəyinizi əmr formasında, kobudca və onu alçaldaraq desəniz əks nəticə alacaqsınız. Qadın ona dəyər verildiyini hiss etdiyi zaman hər cür fədakarlığa hazır olacaqdır. #imamrezaaile #imamrezaaz #İslamiaile

2/16/2023, 3:46:13 PM

❇️ Əgər həyat yoldaşınız ona olan hörmət, güvən və inamınızı hiss etsə, istər-istəməz özünü düzəltməyə və dəyişməyə çalışacaq. #imamrezaaile #imamrezaaz #İslamiaile #aileislamda

2/15/2023, 4:25:27 PM

Ailədə mühüm qərarlar verilərkən yeniyetmə övladınıza fikir bildirməyə icazə verin. Hətta onun fikrini qəbul etməsəniz belə. Bu rəftar övladınızın gələcəkdə özünə inamlı və müstəqil insan ola bilməsi üçün əsas amillərdəndir. #imamrezaaile #imamrezaaz

2/13/2023, 11:33:59 AM

Təsəvvür edin övladınız ayaqqabı mağazasında büdcənizə uyğun olmayan bahalı bir ayaqqabıya əlini uzadaraq onun üçün almağınızı istəyir. Ya o ayaqqabını almağa pulunuz var, yada həqiqətəndə imkanınız yoxdur. Düzgün reaksiya sizcə necə olmalıdır? 1. Xəcalətli halda pulum yoxdur o ayaqqabını ala bilmərəm demək. 2. İmkan olmasada borc xərc edib o ayaqqabını sənin üçün alacağam deyib, qoy uşağımın heç bir istəyi ürəyində qalmasın deyə düşünmək. 3. Bu ayaqqabılar çox qəşəngdirlər, amma bir halda ki, münasib qiymətə yaxşı ayaqqabı ala bilərik, 1 cüt ayaqqabıya o qədər pul vermək düzgün deyil deyərək övladınızı bu fikirdən daşındırmaq. ⬇️Cavablarınızı rəylərdə bizimlə bölüşün. #imamrezaaile #imamrezaaz #qənaət #ovladterbiyesi #İmamRzaherem

2/11/2023, 1:23:42 PM

İmam Baqir (ə) buyurur: "Həqiqətəndə Allah-təala kişi və qadına cihadı vacib edib. Kişilərin cihadı din və məmləkətlərini qorumaq üçün can və mallarını fəda etmək və Allah yolunda öldürülmək. Qadının cihadı isə həyat yoldaşına və həyatın çətinliklərinə səbr etməkdir." Məkarimul-əxlaq fi həqquz zoc ələl mərah s.215 #imamrezaaile #imamrezaaz #hedis #mekarimulexlaq #cihad #sebr

2/10/2023, 10:19:11 AM

Uşağa həddindən artıq məhəbbət göstərməyin nəticələri: Özündən razılıq. Taqətsizlik. Başqalarına bağlı və asılı olmaq. Başqalarına hörmətsizlik etməyə cəsarət. İstedadların üzə çıxmaması. ❇️ Unutmayın ki, övlada məhəbbət və qayğının belə həddi var. Nizami Gəncəvi demişkən "Bir inci saflığı varsada suda, artıq içiləndə dərd verir oda". #imamrezaaile #imamrezaaz #ovladterbiyesi

2/8/2023, 10:03:53 AM

Həyat yoldaşınızın sizi narahat edən söz və ya rəftarını ona uyğun zamanda bildirin. Çünki kiçik narahatlıqlar zaman keçdikcə yığılıb böyük bir problemə çevrilə bilər. #imamrezaaile #imamrezaaz

2/7/2023, 3:53:10 PM

Kimin ismiylə silinir könüldən dərdi-ələm? Kimin eşqiylədi yoxdan yaranıb aləm? #imamrezaaile #imamrezaaz #emirelmominin

2/5/2023, 10:51:59 AM

Ey o kəs ki, bir baxışınla torpaq qızıla çevrilir, bizə nəzər et. #imamrezaaile #imamrezaaz

2/1/2023, 2:28:11 PM

“Qarşılıqlı hörmət” Ər və arvad bir-birinin hörmətini saxlamalıdırlar; özü də zahiri və formal hörmət yox, həqiqi hörmət. Hörmətin mənası bu deyil ki, misal üçün, bir-birini ləqəblərlə və xüsusi formada çağırsınlar. Əslində kişi öz qadınına və qadın öz kişisinə qarşı ürəkdən hörmət bəsləməlidir. Hörməti öz qəlbinizdə qoruyun. Bir-birinizə hörmət tanıyın. Həyatın idarəsində bu mühüm məsələdir. Ər və arvad arasında hörmətsizlik, təhqir və aşağılama olmamalıdır. Ayətullah Seyid Əli Xamenei (h) #imamrezaaile #imamrezaaz #hormet #məvəddət #islami_aile #khamenei

1/30/2023, 3:58:30 PM

Bir cəmiyyətdə ki, qadına gözəlliyinə, kişiyə isə puluna görə dəyər verilir, orada insanlıq, təfəkkür və dəyər axtarma. #imamrezaaile #imamrezaaz #dusunce #deyer #islami_baxish

1/29/2023, 2:35:38 PM

Övladınız sizinlə danışarkən (sizin üçün maraqlı olmasa belə) diqqətlə qulaq asdığınızı "heç bilmirdim", "maraqlıdır" və s.. kimi sözlərlə bildirin ki, ona şəxsiyyət olaraq hörmət etdiyinizi hiss etsin. Siz övladınıza hörmət etməsəniz, təbii ki, başqalarıda ona hörmət etməyəcək. Nəticədə övladınızda özünə inamsızlıq yaranacaq. Özünə inamsız insan isə nə qədər istedadlı olsada müvəffəq olmayacaq. #imamrezaaile #imamrezaaz #ovlad_terbiyesi

1/29/2023, 8:12:59 AM

Övladımızı televizor və ya telefondan necə uzaqlaşdıraq? Ona televizor və telefondan daha maraqlı bir seçim təqdim etməlisiniz ki, rahatlıqla sizinlə razılaşsın. Məsələn birlikdə oyun oynamaq, gəzintiyə çıxmaq, şirniyyat bişirmək və s.. Bəs siz övladınızla vaxt keçirirsinizmi? #imamrezaaile #imamrezaaz #ovladına_zaman_ayır #usaqla_unsiyyet

1/24/2023, 11:00:52 AM

Qarşı tərəfin eyblərini böyütmək mənəvi boşanmanın ən əsas amillərindəndir. Bəzi cütlüklərin gözəl münasibəti onların ideal insan olduqları üçün deyil, bir-birinin eyblərinə göz yumub güzəşt etdikləri üçündür. #imamrezaaile #imamrezaaz #aile #guzesht

1/21/2023, 4:01:25 PM

🔳 Şəri hökmlər İllik gəlirdən kənara qoyulan ehtiyat pulun xümsü ❔ Sual: Mən subayam. Gələcəkdə istifadə еtmək üçün еhtiyaclı olacağım malları indidən alıb еhtiyat saxlamağım caizdirmi? ✔️ Cavab: İllik gəlirdən ehtiyata yığılan pul, əgər bir neçə gün sonra izdivacın zəruri xərci üçün istifadə ediləcəksə, xümsü yoxdur. Ayətullah Xamenei (Allah hifz etsin) #imamrezaaile #seri_hokmlər #xums

1/20/2023, 7:27:53 AM

Əgər valideyn səhərdən axşama qədər telefonu əlindən yerə qoymursa, gününün çox hissəsini televizor izləməklə keçirirsə övladına sən dərsini oxu, telefona/televizora az bax, sənin işin dərs oxumaqdır və s.. kimi sözlərin təsiri olmayacaq yaxud qorxusundan dediyinizə əməl etsə belə bu onun psixologiyasında mənfi iz buraxacaq. Bəs bu zaman doğru rəftar necə olmalıdır sizcə? #imamrezaaile #imamrezaaz #ovlad_terbiyesi

1/18/2023, 5:40:02 PM

Gözəl bir ailə münasibəti asanlıqla əldə olunmur. Zaman, enerji, fədakarlıq, məhəbbət, güzəşt və s.. lazımdır. Ailə mühitində nəfsin üzərində işləmək üçün yaxşı fürsət yaranır. #imamrezaaile #imamrezaaz #aile

1/18/2023, 1:22:08 PM

🌼 Əziz xanımlar! Özünüzü nə o qədər azad göstərin ki, sanki həyat yoldaşınıza ehtiyacınız yoxdur. Nə də o qədər ona bağlı olun ki, elə bil onsuz heçnəsiz. Hər iki hal həyat yoldaşınızın gözündə dəyərinizi itirməyinizə səbəb olacaq. #imamrezaaile #imamrezaaz #psixoloji_noqte

1/17/2023, 5:34:53 PM

Peyğəmbər (s) buyurur: "Xanımının pis əxlaqına dözən kişiyə Allah-təala həzrət Əyyubun səbrinin savabını, ərinin pis əxlaqına dözən qadına isə həzrət Asiyanın səbrinin savabını verər". 📗Məkarimul Əxlaq, s.403 #imamrezaaile #imamrezaaz

1/17/2023, 9:56:51 AM

Tərbiyədə nağıl və dastanın rolu Övladımızın tərbiyəsində nağılın müstəsna rolu vardır. Nağıl övladımızın davranışının dəyişməsinə müsbət təsir göstərən ən qısa yoldur. Çünki, övladımız özünü nağıldakı qəhramanın yerinə qoyur və "əgər mən belə bir vəziyyətdə olsaydım nə edərdim?" düşünür. Nağıl tərbiyədə daha sürətli təsir mexanizminə malikdir. Beləki, dastanın müsbət təsiri 100 nəsihətdən daha dərin olur . Bəzən nağıl insanın həyatının müsbət yöndə dəyişməsinə gətirib çıxara bilər. "(Ey Peyğəmbər) Hadisələri (onlara) nəql et ki, bəlkə, onlar düşünüb təfəkkür edərlər"-Əraf surəsi, 176 Rüfət Həbiboğlu uşaq tərbiyəsi üzrə araşdırmaçı #imamrezaaile #imamrezaaz #nağıl #aye

1/16/2023, 8:31:44 AM

☀️ Ana hər bir qurucudan mühüm və dəyərlidir Müsəlman qadın elm, mənəvi və əxlaqi özünüislah uğrunda çalışmalı, hər bir növdən olan cihad və mübarizədə öncül olmalı, dünyanın bərbəzəyinə və dəyərsiz dəbdəbəyə etinasız yanaşmalı, iffəti və paklığı yüksək həddə olmalı, yad və veyil nəzərləri öz-özünə uzaqlaşdırmalı, evdə həyat yoldaşının və övladlarının aramlığına, ailənin asayişinə və həyatın dincliyinə səbəb olmalı, şəfqətli və mehriban ağuşunda, həmçinin məna və sevgi dolu sözləri ilə psixoloji cəhətdən sağlam övladlar tərbiyə etməli, komplekssiz, xoş əhval-ruhiyyəli, psixi və sinir cəhətindən sağlam insanlar yetişdirməli, cəmiyyətin kişi və qadın şəxsiyyətlərini ərsəyə gətirməlidir! Ana hər bir qurucudan mühüm və dəyərlidir. Ən böyük alim çox mürəkkəb elektron cihaz ixtira edə bilər, qitələrarası raketlər və kosmik gəmilər düzəldə bilər, amma bunların heç biri böyük insan yetişdirmək qədər əhəmiyyətli deyil. Ana insan yetişdirir. Və müsəlman qadının örnəyi budur. 📚 Ayətullah Xamenei "250 yaşlı insan" #imamrezaaile #imamrezaaz

1/13/2023, 12:57:18 PM

Qadın ruhiyyəsi necədir? Qadınların həssas ruhiyyəsi var. Ən inadkar qadınlar belə sevgi və məhəbbətə can atırlar. Buna görə də hər bir kişi, həyat yoldaşına münasibətinə çox diqqət yetirməlidir. Qadın həyat yoldaşının qırıcı davranış və sözləri səbəbilə ondan uzaqlaşa bilər. Hansı ki, bu çox vaxt kişilər üçün çox əhəmiyyətli bir şey deyil. Kişinin bu yanlış münasibətlərinin təkrarlanması və güclənməsi qadının emosional sıxıntısına, münasibətdən soyumasına və nəhayət evlilik həyatının rəsmi şəkildə davam etsədə psixoloji cəhətdən pozulmasına səbəb olur. #imamrezaaile #imamrezaaz

1/11/2023, 8:34:22 AM

Bəzi valideynlər ciddi surətdə övladlarının qayğısına qalırlar, və onlarla təhlükə altında və ya çox pis vəziyyətdə olan kimi davranırlar. Bucur davamlı dəstək, uşaqlar üçün bir şeylər etmək, bu daim qayğı və diqqət, səhv etmək imkanı verməmək, uşaqlarda məhdudiyyətlərə səbəb olur. Nəticə olaraq, yetkinlik yaşlarında özlərini gücsüz hiss edirlər və bütün bu məhdudiyyətlərdən ötəri ev mühitinin xaricində təhlükə olduğu anlamına gəldikləri üçün ətraflarında çox təhlükə hiss edirlər. Dr. Holakouee #imamrezaaile #imamrezaaz

1/10/2023, 4:56:17 PM

Həddindən artıq reaksiya verməkdən çəkinin. Diqqəti cəlb etmək istəyən uşaq, reaksiyanıza səbəb olmaq və sizi əsəbiləşdirmək üçün ən xoşagəlməz şeyləri edə bilər. Ona əsəbləşmək əvəzinə, onunla xoş rəftarla və sakitcə, lakin qətiyyətlə "belə davranmaq və danışmaq" olmaz deyin. Alimlərin araşdırmaları bunu göstərib ki, uşaqların etdiyi səhvlərə görə həddindən artıq reaksiya vermək, onların psixologiyasında mənfi təsir qoyur. #imamrezaaile #imamrezaaz

1/8/2023, 5:23:51 PM

🔹Allahın rəsulu (s):Hər kimə bu dörd şey qismət olsa, daha axirət aləmi üçün (saleh) əməllər əncam verməməyə üzür və bəhanəsi qalmaz: Ona dünya və axirət işlərində yadım edən ləyaqətli qadın, (itaətkar) yaxşı övlad, öz şəhərində iş sahibi olmaq, yaxşı əxlaqa sahib olduğu üçün inanlarla gözəl davranmaq və mənim Əhli-beytimi sevmək. 📚"Əd-Dəəvat", səh. 40; "Biharul-ənvar", 103\ 220 #imamrezaaile #imamrezaaz

1/8/2023, 12:00:06 PM

Dünyada yalnız səni görən, səndən başqa pənah yeri tanımayan, səni öz ruzi verəni bilən övladına güc göstərmək, üstünə qışqırıb başqalarından yığdığın əsəbi, nifrəti, mənfi hissləri Allahın sənə əmanət etdiyi övladının üstünə tökmək sənin qüvvətinin göstəricisidir ya zəifliyinin?! #imamrezaaile #imamrezaaz

1/7/2023, 7:19:28 PM

🕯️ Əhli-beytdən (ə) kəlamlar Rəsuli-Əkrəm (s) buyurur: "Qiyamət günü bəndə dörd şeydən sorğu-sual olunmadıqca addımını atmaz. 📝 Ömrünü harada sərf etdiyindən. 📝 Gəncliyini hansı yolda qocaltdığından. 📝 Qazancını hansı yolla ələ gətirib, hansı yolda xərclədiyindən. 📝 Biz Əhli-beytin (ə) sevgisindən". 📘 Tuhəful-uqul c.1, s.56 #imamrezaaile #imamrezaaz

1/7/2023, 10:09:42 AM

Dostlar! Dua edin ki, Allah sizə korluq və karlıqdan nicat versin. Nə qədər ki, insan Allahdan başqasını istəyir, o həm kordur, həm kar. Şeyx Rəcəbəli Xəyyat #imamrezaaile #imamrezaaz

1/6/2023, 5:23:57 PM

🌷 Qadın ailədə kimdir? Qadın ailədə kimdir? Mən bu barədə zehnimdə olan ayə və hədislərin cəmini belə təsvir edə bilərəm ki, qadın ailə mühitinə yayılan hava kimidir. Siz hava ilə nəfəs alırsınız, hava olmasa nəfəs almaq mümkün deyil, qadında bu cürdür. Ailə mühitində xanım nəfəs kimidir. Ayətullah Xamenei (Allah hifz etsin) 04.01.2023 #imamrezaaile #imamrezaaz

1/6/2023, 8:16:06 AM

Məsuliyyətli uşağın əlamətləri bunlardır: 1. Qərar qəbul etməkdə tərəddüdlü deyil və adətən düzgün qərar qəbul edir; 2. Həmyaşıdlarının qərarına zidd qərar qəbul edə bilir; 3. Müxtəlif yollar arasından bir yolun seçilməsi onun üçün asandır; 4. Adətən sadə işlərin yerinə yetirilməsi ilə qane olmur və daha ciddi və mürəkkəb vəzifələr yerinə yetirmək istəyir; 5. Müxtəlif məqsəd və maraqlara malik olur; 6. Öz vəzifələrini başqalarının (valideynlərin) xəbərdarlıq və göstərişi olmadan yerinə yetirir; 7. Heç bir mübahisə və söz-söhbət etmədən valideynlərinin müəyyənləşdirdiyi məhdudiyyətlərə hörmətlə yanaşır və onlara əməl edir; 8. Öz problemlərini həll etmək qüdrətinə malikdir; 9. Öz əməl və hərəkətlərinin nəticələrinin məsuliyyətini qəbul edir; 10. Yerinə yetirdiyi işləri dəlil əsasında görür; 11. Hər hansı bir səhvə yol verəndə öz səhvini etiraf edir; 12. Öz uğursuzluqlarında başqalarını günahlandırmır; 13. Bağladığı razılaşmaya (verdiyi sözlərə) əməl edir; 14. Bacardığı qədər ictimai qayda-qanunları pozmur. Dr. Hüseyn Dehnəvi #imamrezaaile #imamrezaaz #ovlad_terbiyesi #mesuliyyetli_usaq

1/4/2023, 4:05:26 PM

Anaların evdə qışqırmalarının, kobud və əsəbi davranışlarının səbəbi atalardan lazımınca məhəbbət, sevgi və qayğı görməmələridir. Aramlıq, sakitlik, səbr, sevgi, məhəbbət və mehribanlığı evə ATA gətirir, anaya verir və o da bütün bunların ətrini evə yayır. © Dr. Seyyid Mahmud Ənuşə (psixoloq) #imamrezaaile #imamrezaaz

1/4/2023, 4:25:46 AM

Həzrət Fatimeyi Zəhra (s): "Ana evdə olub, ailənin işləri və övlad tərbiyəsi ilə məşğul olduğu zaman Allahına daha yaxındır". 🔸Məhəmməd Baqir Məclisi, Biharul Ənvar, c. 43, s. 92 P.S Yəni, prioritet övlad tərbiyəsidir. Başqa şeylər övlad tərbiyəsinə qurban verilməlidir. Ailə və tərbiyə əsla başqa işlərə qurban verilməli deyil. Rüfət Həbiboğlu uşaq tərbiyəsi üzrə araşdırmaçı #imamrezaaile #imamrezaaz

1/2/2023, 11:30:27 AM

👨‍👩‍👧‍👦 Övladınızla danışanda istifadə etdiyiniz kəlmələr çox şeyi dəyişə bilər ❌Bildin nə deyirəm? ✔️ Sözümə qulaq asdığın üçün çox sağ ol qızım/oğlum. ❌ Sən dünyanın ən güclü və ağıllı uşağısan, mütləq müvəffəq olacaqsan. ✔️Nə qədər çalışdığını və səy göstərdiyini bilirəm, çox çalışsan müvəffəq olacaqsan. ❌ Yalançı, tərbiyəsiz, məndən nəyi gizlədirsən hə? ✔️Nə olur olsun mənə düzünü de ağıllı balam. #imamrezaaile #imamrezaaz #ovladterbiyesi

12/29/2022, 11:16:19 AM

🧕🏻 Sizin düzgün və möhkəm hicabınızla hər şeydən artıq düşməndirlər Qərbli iddiaçılar öz düşüncə əsaslarına qarşı ən mülayim fikrə belə dözmürlər. Onlar müsəlman qadının daha çox nəyi ilə düşməndirlər? Onun hicabı ilə. Onlar sizin bu çadranızla, düzgün və möhkəm hicabınızla hər şeydən artıq düşməndirlər. Nə üçün? Çünki onların mədəniyyəti bunu qəbul etmir. Avropalılar belədirlər. Onlar deyirlər ki, biz necə düşünürüksə, dünya bizi yamsılamalıdır. Öz cahilliklərini dünyanın mədəniyyətinə hakim etmək istəyirlər. Onlar qadını Avropa tərzində - modabaz, israfçı, xalqın gözü qarşısında bəzənən, cinsi məsələləri oyuncaq edən görmək və bu məsələləri cəmiyyətdə qadınların vasitəsi ilə yaymaq istəyirlər. Harada qərblilərin bu məqsədlərinə qarşı çıxılsa, fəryadları ucalır. Bunlar həm də dözümsüzdürlər. Bu iddialı qərblilər özlərinin qəbul etdikləri əsaslara qarşı ən mülayim fikrə belə dözmürlər. 📚 Ayətullah Xamenei "Hicab" #imamrezaaile #imamrezaaz #khamenei #hicab

12/29/2022, 4:09:30 AM

«…Və Onun (qüdrət) nişanələrindən biri də ünsiyyətdə olmağınız üçün sizə zövcələr yaratmasıdır. Sizin aranızda məhəbbət və mərhəmət yaratdı. Həqiqətən, bunda nemət barədə düşünən insanlar üçün böyük ibrətlər vardır.» (Rum, ayə 21) #imamrezaaile #imamrezaaz #aye #aile

12/28/2022, 10:08:25 AM

🔹 Həzrət Zəhra (s) digər qadınların istədiyi dünya ləzzətlərinə və dəbdəbəyə üz tutmur Fatimeyi-Zəhranın (ə) həyatı hər cəhətdən fəal, çalışqan, psixoloji tərəqqi və təkamül yolunda keçmiş həyatdır. Onun gənc həyat yoldaşı daim cəbhədə və döyüşdədir, Fatimeyi-Zəhra (ə) isə bütün problemlərə rəğmən, müsəlmanların müraciət etdiyi şəxsdir. İnsanların problemlərini həll edən Peyğəmbər (s) qızı bu şəraitdə çox başucalığı ilə ailəni idarə edir, Həsən (ə), Hüseyn (ə) və Zeynəb kimi övladlar tərbiyə edir, Əli (ə) kimi həyat yoldaşını qoruyur və Peyğəmbər (s) kimi bir atanın razılığını qazanır. Fəthlər başlayanda və qənimətlər gələndə Peyğəmbər qızı digər qız və qadınların istədiyi dünya ləzzətlərinə və dəbdəbəyə üz tutmur. 📗 Ayətullah Xamenei "250 yaşlı insan" #imamrezaaile #imamrezaaz #khamenei #250_yaşlı_insan

12/27/2022, 5:19:32 AM

☀️ Həzrət Zəhranın (s) evi Allah-Taala “Nur” surəsinin 36-cı ayəsində buyurur: “Allahın (şeytanların əlindən uzaq olmaq üçün) ucaldılmasına və Öz adının zikr edilməsinə izn verdiyi o evlərdir ki, orada səhər-axşam Onu təqdis edib şəninə təriflər deyərlər...” Peyğəmbərin (s) iki səhabəsi Ənəs ibn Malik və Büreydədən nəql olunur ki, Peyğəmbər (s) bu ayəni tilavət edərkən, o həzrətdən soruşuldu: “Ya Rəsuləllah! Bu ayədəki evlər kimlərindir?” Peyğəmbər (s) buyurdu: “Peyğəmbərlərin evləridir.” Yenə soruşuldu: “Ya Rəsuləllah! Əli və Fatimənin də evi o evlərdən sayılırmı?” Peyğəmbər (s) buyurdu: “Bəli, bu, o evlərin ən üstünüdür!” 📗 “Əd-durrul-mənsur”, c.5, səh.50; “Şəvahidut-tənzil”, c.1, səh. 410, hədis 566. #imamrezaaile #imamrezaaz #Həzrət_Zəhranin_evi #eyyami_fatime

12/26/2022, 5:06:02 AM

Yaxınlarınızın pis vərdiş və bəd əxlaqdan xilas olması üçün (inanaraq və qəlbən) “Hud” surəsinin 75-ci ayəsini oxuya bilərsiniz. بِسْــــــــــــــــــــــمِ ﷲِ الرَّحْمَنِ الرَّحِيم. إِنَّ إِبْرَاهِيمَ لَحَلِيمٌ أَوَّاهٌ مُنِيبٌ «Doğrudan da İbrahim çox həlim və camaata ürəyi yanan, dərindən ah çəkən və [Bizə tərəf] qayıdan idi.» (Hud/75) #imamrezaaile #imamrezaaz #Quran #aye

12/25/2022, 12:27:27 PM

Aramlıq - Böyük ehtiyacımız Bizim aram olmağa ehtiyacımız düşündüyümüzdən daha çoxdur və bunu insan fitrəti tələb edir. Ruhi cəhətdən aram olan zaman istedadlarımızı çiçəkləndirə və öz potensial gücümüzü aktuallığa çevirə bilərik. Biz isə aramsızlığa alışmışıq və başımızı aramlığımızı pozan şeylərlə qatıb, zərərli həyəcanlar yaradan amilləri öz məşğuliyyətimizə çevirmişik. Ustad Pənahiyan #imamrezaaile #imamrezaaz #aramliq #penahian

12/22/2022, 7:02:15 PM

🔹İmam Sadiq (ə) buyurur: "Mömin şəxs üç şey üçün (axirətdə) hesab-kitab verməz: Yediyi yemək, geydiyi paltar və ona günahlardan uzaqlaşmaq üçün yardım edən ləyaqətli qadın". 📚"Əl-Kafi", 6\ 180; "Təhzibül-əhkam", 7/ 401 #imamrezaaile #imamrezaaz #hedis #imam_Sadiq

12/21/2022, 9:25:49 AM

Bəzən kişi, bəzən də qadın güzəştə getməlidir 🔹"Qadın hər məsələdə kişiyə tabe olmalıdır" -demək yanlışdır. Bu nə İslamda var, nə də qanunda. 📖"Kişilər qadınların ixtiyar sahibidirlər" (Nisa 34) ayəsi, qadınların bütün məsələlərdə kişilərə tabe olmalı olduqları anlamında deyildir. 🔸Avropanı görmədiyi halda avropalılardan da önə keçmiş və onlara təqlid edən bəziləri kimi, qadının tam olaraq ixtiyar sahibi olmasını və kişinin qadına tabe olmalı olduğunu demək də yanlışdır. ✅Hər bir halda siz (ər və arvad) iki ortaq və yoldaşsınız. Bəzən kişi, bəzən də qadın güzəştə getməlidir. Birgə yaşamaq üçün müəyyən məqamlarda hər biri öz şəxsi zövqündən keçməlidir. Ayətullah Xamenei (Allah hifz etsin) 📌08.04.1998 #imamrezaaile #imamrezaaile #qadin #kisi #aile #aye #hedis #khamenei

12/20/2022, 10:18:43 AM

Xanımlar, uşaqlarınızı yaxşı qoruyun, yaxşı tərbiyələndirin, çünki ölkənin xilaskarları elə həmin uşaqlardır. ✍🏻 İmam Xomeyni (r). #imamrezaaile #imamrezaaz

12/19/2022, 8:49:49 PM

🔰 Evdar qadın, yorulmaz mücahid və abid Xanım Zəhranın həyatında mühüm bir məqam var. Bu məqam həm əri və övladları ilə rəftarında və ailə daxilində müsəlman bir qadının, həm də Peyğəmbərin (s) vəfatından sonrakı mühüm siyasi hadisələrdə mübariz, qeyrətli və yorulmaz bir insanın vəzifələrini yerinə yetirməsidir. O, məscidə gedib çıxış edir, mövqe bilidirir, müdafiə edir və danışır. O, sözün əsl mənasında yorulmaz və dözümlü bir mücahid, həm də eyni zamanda bir abid, qaranlıq gecələrdə namaz qılan, ibadət edən, Allah qarşısında təzim göstərən bir insandır. Bu gənc qadın qədim ilahi övliyalar kimi Allahla raz-niyaz və Allaha ibadət edir. 📚 Ayətullah Xamenei "250 yaşlı insan" #imamrezaaile #imamrezaaz #250_yaşlı_insan #rəhbərxamenei

12/19/2022, 8:27:30 AM

Övlada hörmət etməyə aid qaydalar: 1-Həddi aşmamaq. 2-Yaxşı rəftar qarşılığında hörmət göstərmək (yəni, mənə filan yaxşı işimə görə hörmət olunur). 3-Övlada qarşı diqqətli olmaq. 4-Təhqirdən uzaq olmaq. 5-Yersiz və həddən çox danlamamaq. Uşaq tərbiyəsi üzrə araşdırmaçı Rüfət Həbiboğlu #imamrezaaile #imamrezaaz #ovladterbiyesi #hormet

12/18/2022, 12:43:30 PM

🟠 Şadlığın zərurəti Əmirəlmöminin Əli əleyhissalam buyurur: وَ قَالَ ع لِلْمُؤْمِنِ ثَلاَثُ سَاعَاتٍ فَسَاعَةٌ یُنَاجِی فِیهَا رَبَّهُ وَ سَاعَةٌ یَرُمُّ مَعَاشَهُ وَ سَاعَةٌ یُخَلِّی بَیْنَ نَفْسِهِ وَ بَیْنَ لَذَّتِهَا فِیمَا یَحِلُّ وَ یَجْمُلُ وَ لَیْسَ لِلْعَاقِلِ أَنْ یَکُونَ شَاخِصاً إِلاَّ فِی ثَلاَثٍ مَرَمَّةٍ لِمَعَاشٍ أَوْ خُطْوَةٍ فِی مَعَادٍ أَوْ لَذَّةٍ فِی غَیْرِ مُحَرَّمٍ “ Möminin üç saatı var: 1- Rəbbi ilə münacat etmə saatı, 2- Məişət və yaşayışı ilə əlaqədar saatı. 3- Özünü halaldan olan gözəl ləzzətlərə sövq etmə saatı. Ağıllı insan əsasən üç hərəkətdən birində görünər, ya yaşayışını təmin etmək üçün halal ruzi qazanan halda, ya axirətdə nicat tapmasına səbəb olacaq işlərdə, ya da haram olmayan ləzzətlərdə.” 📚 Nəhcül bəlağə 390-cı hikmət 🔆 Sevinc və şadlıq əsasən cismi və ruhi çalışmalardan yorulduqdan sonra olmalıdır ki, insandan yorğunluğu, mənfi hissləri, qəm-qüssəni və kədəri uzaqlaşdırsın. 🔷 İnsan iki cəhətli varlıqdır, yəni onun cismi və ruhi cəhətləri vardır. Və bu iki cəhət bir-birlərinə birbaşa (istər mənfi istər müsbət) təsir qoyurlar. İnsanın yorğunluğunun çıxması, onun yenidən iş gücünü əldə etməsi, ruhiyyəsinin çoxalması və sair məqsədlər üçün şadlıq danılmaz bir zərurətdir. Bu zərurət İslamın məsum və əziz Rəhbərləri (ə) tərəfindən vurğulanmışdır. #imamrezaaile #imamrezaaz #hedis #nehcul_belage

12/17/2022, 7:26:34 AM

❓Həyat yoldaşı üçün alınmış qızılın xümsü Sual:Ərin öz arvadı üçün aldığı qızıla xüms düşürmü? Cavab: Əgər onun (ərin) öz şəninə uyğun olarsa, məunədən hesab olunur və onlara xüms düşmür. Ayətullah Xamenei #imamrezaaile #imamrezaaz #seri_hokmlər

12/16/2022, 4:17:13 PM