seninmubarizen images

Discover Best seninmubarizen Images of World

#food #travel #sports #news #june #sunday

Dəyərli izləyicilərim, 20 aprel Ağcabədi rayonunda “Med City” regional klinikada olacağam. Süd vəzi ilə əlaqədar şikayətləriniz varsa müraciət edə bilərsiniz. ⬇️ 🔸 Süd vəzinin xoşxassəli şişləri 🔸 Süd vəzinin bədxassəli şişləri 🔸 Mastopatiya 🔸 Süd vəzinin onkoplastik cərrahiyyəsi 🔸 Süd vəzi kiçildilməsi 🔸 Süd vəzinin implantla böyüdülməsi 🔸 Mastitlər Mammoloq-cərrah Fəridə İsmayılova 📞 055 732 48 32 📍ATU-Onkoloji klinika #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya #mastektomiya #sudvezixercengi

4/17/2024, 5:36:54 PM

Dəyərli izləyicilərim, 6 aprel Referans Xaçmaz tibb mərkəzində olacağam. Süd vəzi ilə əlaqədar şikayətləriniz varsa müraciət edə bilərsiniz. ⬇️ 🔸 Süd vəzinin xoşxassəli şişləri 🔸 Süd vəzinin bədxassəli şişləri 🔸 Mastopatiya 🔸 Süd vəzinin onkoplastik cərrahiyyəsi 🔸 Süd vəzi kiçildilməsi 🔸 Süd vəzinin impkantla böyüdülməsi 🔸 Mastitlər T.ü.f.d Dr. Fəridə İsmayılova Cərrah Onkoloq-Mammoloq 📞 055 732 48 32 📍ATU-Onkoloji klinika #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya #mastektomiya #sudvezixercengi

3/26/2024, 1:19:10 PM

1-31 OKTYABR – ÜMUMDÜNYA SÜD VƏZİ XƏRÇƏNGİ İLƏ MÜBARİZƏ AYIDIR! Ümumdünya Səhiyyə Təşkilatı 1992-ci ildən etibarən oktyabr ayını Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayı elan edib. Simvolik olaraq “çəhrayı lent” ayı kimi xarakterizə edilən bu ay hər il ölkəmizdə də qeyd olunur, müxtəlif maarifləndirmə tədbirləri keçirilir. Bu ayın keçirilməsində məqsəd – qadınlara süd vəzi xərçəngi xəstəliyi barədə geniş məlumat vermək, xəstəliyin qarşısının alınması üçün sağlam həyat tərzi seçməyin vacibliyini, xəstəliklə mübarizədə erkən diaqnostika və müayinə üsüllarının əhəmiyyətini vurğulamaqdır. Unutmayın,erkən diaqnoz sizin üçün həyati vacib məsələdir! Vaxtlı-vaxtında müayinə olunun. Sağlam qalın. Bakı Patologiya Mərkəzi ☎️ 012 564 42 84 📲 077 403 71 04 📲 077 403 71 05 📍 Əhməd Rəcəbli 208 #onkologiya #mammologiya #mubarize #seninmubarizen #gecqalma #sudvezixercengi #mubarizeyashadir #xerceng #erkendiaqnoz #bakipatlogiyamerkezi #immunohistology #laboratoriya

10/9/2023, 10:06:03 AM

Milyonlarla insan müxtəlif növ allergiyalardan əziyyət çəkir, lakin ehtimal olunan simptomlar əslində, daha pis xəstəlikdən ola bilər. Burun və sinusların xərçəngi xəstəliyin "nadir" formasıdır. Şiş burun boşluğuna (burun arxasındakı boşluq) və paranazal sinuslara (burun içərisində hava ilə dolu kiçik boşluqlar, yanaq sümükləri və alın) təsir edir. Xərçəng limfa düyünlərinə, bədən boyunca maye və tullantı məhsulları çıxaran vəzilər şəbəkəsinə yayılır. Burun və sinus xərçənginin ən çox g örülən əlamətlərindən biri də keçməyən burun tutulmasıdır. Bu, allergik rinitlə səhv salınır. “Xərçəngin digər ümumi əlamətlərinə aşağıdakılar daxildir: Burun qanaxmaları Qoxu hissi azalır Burundan axan irinli qanlı maye Maye burun və boğazın arxasına axır. Bu simptomlar soyuqdəymə və ya sinusit kimi daha ümumi və daha az ciddi xəstəliklərə bənzəyir. Əksər xərçənglərdə olduğu kimi, burun və sinus xərçənginin simptomları daha şiddətli ola bilər. Sonrakı mərhələlərdə bu, qismən görmə itkisinə, boyundakı limfaların şişməsinə və üzdə ağrıya səbəb ola bilər. İnkişaf etmiş burun və sinus xərçənginin digər simptomları bunlardır: Üzün, xüsusən də yanağın yuxarı hissəsində keçməyən uyuşmalar Boyunda şişkin limfalar İkiqat görmə Bir qulaqda ağrı və ya təzyiq Üz, burun və ya damaqda davamlı şişlik və ya böyümə. Unutmayın,erkən diaqnoz sizin üçün həyati vacib məsələdir! Vaxtlı-vaxtında müayinə olunun. Sağlam qalın. Bakı Patologiya Mərkəzi ☎️ 012 564 42 84 📲 077 403 71 04 📲 077 403 71 05 📍 Əhməd Rəcəbli 208 #onkologiya #mammologiya #mubarize #seninmubarizen #gecqalma #sudvezixercengi #mubarizeyashadir #xerceng #erkendiaqnoz #bakipatlogiyamerkezi #immunohistology #laboratoriya

8/2/2023, 9:19:34 AM

Oktyabr ayı boyunca şənbə və bazar günləri @labcenterclinic də pasiyentləri müayinə edəcəyəm. 📌 Öncədən qeydiyyat mütləqdir! 📞 055 7324832 #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #papilloma #mastopatiya #adenoz #limfostaz #laktasiya #sudvezixestelikleri #sudvezi #onkologiya #onkolojixestelikler #limfadenopatiya

10/12/2022, 3:34:00 PM

Xəstəlik döş giləsi epitelinin defekti və ya orqanizmdə olan xroniki infeksiya ocağından qanla daxil olan patogen mikroflora tərəfindən törədilir. Döş giləsi stafillokoklar və Streptococcus agalactiae ilə daha çox; nadir hallarda Herpes virusu, Kandida cinsindən olan göbələklər və başqa törədicilərlə infeksiyalaşır. Patogen mikroorqanizmlərin çoxalmasını aktivləşdirən faktorlara aşağıdakılar aiddir: ▪️Laktostaz. ▪️Döş gilələrinin çatları. ▪️Döş giləsinin ekzeması, allergik dermatit. ▪️Axardaxili patologiya. ▪️Süd vəzilərinin travmaları. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #papilloma #mastopatiya #adenoz #limfostaz #laktasiya #sudvezixestelikleri #sudvezi #onkologiya #onkolojixestelikler #limfadenopatiya

7/19/2022, 11:03:21 AM

Hər kəs bədənin mümkün qədər sağlam qalmasına kömək edə bilər. Balanslı pəhriz, sağlam çəki, siqaretin və alkoqollu içkilərin məhdudlaşdırılması, müntəzəm idman etmək vacibdir. Ancaq başa düşmək lazımdır ki, sağlam bir həyat tərzi xərçəngin olmaması üçün zəmanət deyil, lakin xəstələnmə riskini azaltmaq üçün bir yoldur. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya #mastektomiya #sudvezixercengi #yagnekrozu #nekroz

6/5/2022, 11:17:07 PM

Süd vəzinin cərrahi müalicəsinin bir neçə variantı var: Mastektomiya - süd vəzi və regionar limfa düyünlərinin çıxarılması; Orqan qoruyucu əməliyyatlar. Əməliyyat variantının seçilməsi individual aparılır. Yəni şişin yerləşməsi, ölçüsü, gilə-areola kompleksinə olan münasibəti və ən esası şişin immunohistokimyəvi növündən asılı olur. Saxlayıcı əməliyyatlardan sonra şüa müalicəsinin alınması mütləqdir. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya #mastektomiya #sudvezixercengi

5/11/2022, 10:12:12 PM

Düyünlü mastopatiya – süd vəzinin xoşxassəli dishormonal dəyişikliyi olub, düyün və kistaların yaranması ilə xarakterizə edilir. Xəstəlik süd vəzisində bərkimə, mastalgiya, aybaşıdan qabaq süd vəzilərinin bərkiməsi, gilədən ifrazatın axması ilə təzahür edir. Diaqnoz USM, mammoqrafiya, vəzi axacaqlarının müayinəsi, biopsiyanın nəticəsi əsasında qoyulur. Düyünlü mastopatiyanın müalicəsinə fon dəyişikliklərinin (iltihabi, endokrin, neyro-humoral) korreksiyası, sektoral rezeksiya və ya süd vəzi kistasının enukleasiyası daxildir. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #papilloma #mastopatiya #adenoz #limfostaz #laktasiya #sudvezixestelikleri #sudvezi #onkologiya #onkolojixestelikler

1/16/2022, 4:26:48 PM

Süd vəzində iltihabın inkişafına ən kiçik şübhə yarandıqda belə təcili surətdə mammoloqa müraciət edilməlidir. Bu xəstəliyin müalicəsi zamanı erkən diaqnostika və mastitin səbəblərinin, eləcə də infeksion prosesin aradan qaldırılmasına yönəldilən tədbirlərin vaxtında aparılması mühüm əhəmiyyət kəsb edir. Süd vəzi iltihabı proqressivləşmə, irinləmə və absesləşməyə meylli olduğundan özünü müalicə və həkim baxışının gecikdirilməsi yolverilməzdir. 📌 İrinli mastit cərrahi müalicəyə göstəriş sayılır. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloqmammoloq

9/6/2021, 7:53:07 PM

Süd vəzi xərçəngi insandan insana fərqli şəkildə inkişaf edir. Bəziləri sürətli, bəziləri isə tam əksinə. Bunun əsas səbəbi süd vəzi xərçənginin fərqli alt tiplərinin olmasıdır. 📌 Ancaq ən başlıcası, süd vəzi xərçəngini erkən aşkar etmək və mərhələsinə görə ən uyğun şəkildə müalicə etməkdir. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya #mastektomiya #sudvezixercengi #hipomastiya

8/16/2021, 6:56:58 PM

Hipomastiya süd vəzilərinin inkişaf etməməsi və ya sonradan atforiya nəticəsində anormal dərəcədə kiçik olmasıdır. Hipomastiya birtərəfli və ya ikitərəfli ola bilər. Hansı döşlər kiçik hesab olunur? Hal-hazırda bir qadının sinəsinin “normal” ölçüsünün dəqiq bir tərifi yoxdur, buna görə hipomastiyanın obyektiv tərifi yoxdur. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya #mastektomiya #sudvezixercengi #hipomastiya

7/18/2021, 6:30:35 AM

Süd vəzinin cərrahi müalicəsinin bir neçə variantı var: Mastektomiya - süd vəzi və regionar limfa düyünlərinin çıxarılması; Orqan qoruyucu əməliyyatlar. Əməliyyat variantının seçilməsi individual aparılır. Yəni şişin yerləşməsi, ölçüsü, gilə-areola kompleksinə olan münasibəti və ən esası şişin immunohistokimyəvi növündən asılı olur. Saxlayıcı əməliyyatlardan sonra şüa müalicəsinin alınması mütləqdir. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya #mastektomiya #sudvezixercengi

6/29/2021, 7:43:33 PM

Limfa düyünləri immun sistemin tərkib hissəsi olan limfatik sistemin əsas elementidir. Bəzən səhvən limfa düyününün böyüməsinə vəzi böyüməsi deyirlər. Bu termin elmi cəhətdən o qədər də düzgün səslənmir. Çünki limfa düyünləri vəz deyil və heç bir maddə sekresiya etmir. Limfa düyünlərinin yerləşdiyi əsas yerlər qasıq, qoltuqaltı, boyun, çənəaltı, qulaq arxası nayihəsi və başın arxasıdır. Əvvəllər limfa düyünləri 1 sm-dan böyük olduqda kritik vəziyyət kimi qiymətləndirilsə də hazırda bu belə deyil. Əsas meyar limfa düyünlərinin böyüklüyü deyil, onun strukturudur. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #papilloma #mastopatiya #adenoz #limfostaz #laktasiya #sudvezixestelikleri #sudvezi #onkologiya #onkolojixestelikler #limfadenopatiya

5/23/2021, 10:13:32 PM

Şüa müalicəsi şiş hüceyrələrinin yerli məhv edilməsi prinsipinə əsaslanır. Yüksək dozada radiasiya hüceyrələri öldürə və ya onların bölünüb çoxalmasının qarşısını ala bilər. Xərçəng hüceyrələri normal hüceyrələrə nisbətən daha çox bölündükdə və çoxaldıqca, radioterapiya normal hüceyrələrə nisbətən xərçəng hüceyrələri üzərində daha təsirli olur. Süd vəzi xərçəngi müalicəsində şüa çapıq nahiyəsinə eləcə də regionar limfa düyünlərinə verilə bilər. Bu xəstəliyin mərhələsindən asılı olur. Radioloqlar xəstə toxumaların radiasiyaya ən çox məruz qalması və normal toxumaların isə ən az məruz qalması üçün lazımi sxemlər verərək müalicəni istiqamətləndirir. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #radioterapiya

5/22/2021, 7:03:50 PM

Profilaktik tədbirlərə genital patologiyaların vaxtında müalicəsi, şəxsi gigiyena və südvermə qaydalarına riayət olunması, ginekoloq və mammoloqun müntəzəm müayinəsi aiddir. Hər bir qadın aybaşı siklinin 6-12-ci günlərində süd vəzilərini əllə yoxlamalıdır. Şübhəli əlamətlərə: bərkimə, ağrı, gilədən axıntı, bu nahiyənin dərisinin rəng və formasının dəyişməsinə rast gəldikdə dərhal mammoloqa müraciət etməlidir. Hazırda bir çox süd vəzi xəstəlikləri konservativ yolla müalicə olunur. Cərrahi müdaxilə zamanı orqanın və onun funksiyasının maksimal dərəcədə qorunmasına çalışılır. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya

4/28/2021, 10:14:56 AM

Qadınların öz-özünü müayinədə hiss etdiyi və ya mammoqrafiya müayinəsində aşkar edilən kütlələr süd vəzi xərçəngi deyil. Bunların bir çoxu (adenoz, kista, filloid şiş, fibroadenoma və intraduktal papillom) xoş xassəli dəyişikliklərdir və süd vəzi xərçəngi riskini artırmır. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #papilloma #mastopatiya #adenoz #limfostaz #laktasiya #sudvezixestelikleri #sudvezi #onkologiya #onkolojixestelikler

3/29/2021, 12:07:29 AM

Mastektomiya süd vəzi xərçənginin müalicəsində istifadə olunan cərrahi müalicə metodudur. Bu əməliyyat süd vəzinin total və regionar limfa düyünlərinin götürülməsi ilə yekunlaşır. Mastektomiya nə zaman tətbiq olunur? - Kütlə böyük, süd vəzi kiçik olduqda; - Şişin mərkəzi kvadrantda yerləşməsi zamanı; - Süd vəzində 1-dən çox şiş olarsa; - Axardaxili xərçəng zamanı; - Dəri əlamətləri müsbət olarsa. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya

3/17/2021, 1:50:17 PM

İmmuniteti gücləndirmək üçün ⬇️ ▪️5 dəqiqə soyuq duş almaq. Elmi tədqiqatlar müəyyən edir ki, soyuq duş qəbul etmək bədəninizdəki ağ qan hüceyrələrinin sayını artırır. Bu qan hüceyrələri bədəninizi xəstəliklərdən qoruyur. Tədqiqatçılar bu prosesin immun reaksiyasını stimullaşdıran metabolik dərəcənin artması ilə əlaqəli olduğunu düşünürlər. ⠀⠀ ▪️Daha az iltihab və xəstəlik üçün daha az şəkər qəbul et. İnsulin müqaviməti karbohidrogen və şəkərin həddindən artıq artması nəticəsində yaranan böyük bir problemdir. ⁣ ⠀⠀ ▪️Qan şəkərinə nəzarət üçün oruc tutmaq. Yeməyin həddindən artıq istehlakı metabolik disfunksiyaya səbəb olur. ▪️Hər gün 30 dəqiqə gəzmək.⠀ "Gəzinti insanın ən yaxşı dərmanıdır." - Hippokrat. ▪️D Vitamini qəbul etmək. Bu yalnız sümük sağlamlığı üçün deyil, güclü immun sistemi üçün də vacibdir. Müxtəlif proseslərdə D vitamini immun sistemini aktivləşdirir və onun idarəolunmasında əsas funksiyaları yerinə yetirir. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #immunitet #immunitetiniguclendir

2/25/2021, 2:55:07 PM

Süd vəzilərinin adenozu – süd vəzi toxumasının proliferasiyasi ilə müşayiət olunan fibroz-kistoz mastopatiyadır. Adenoz süd vəzilərinin hormonal-asılı xoşxassəli törəmələrinə aiddir. Patologiyanın hormonal-asılı olması onun simptomlarının tsiklin ikinci fazasında meydana çıxması ilə təsdiqlənir. Adenozun sinonimləri “fibrozlaşan adenoz”, “mioepitelin hiperplaziyası” və ya “lobulyar skleroz”dur. Xəstəlikdən reproduktiv dövrdə olan qadınlar əziyyət çəkir; adenoz 30-40 yaşlı qadınların 30-70%-də qeyd olunur. Ginekoloji xəstəliyi olan qadınlarda adenozun rastgəlmə tezliyi 100%-dir. Patologiya menstruasiyanın formalaşma dövründə olan qızlarda və hamiləliyin ilk trimestrində olan qadınlarda da inkişaf edə bilər. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #papilloma #mastopatiya #adenoz

2/13/2021, 6:30:35 AM

Mastopatiyanın xarakterik əlaməti süd vəzinin palpasiyası zamanı bərkimə sahələrinin aşkarlanmasıdır. Süd vəzilərində lokalizasiya olunan ağrı bir qayda olaraq, küt sızıltılı və ya dartıcı xarakter daşıyır. Ağrının yaranması vəzi toxumasında sinir uclarının fibroz sahələr tərəfindən sıxılması, eləcə də onların hissəvi sklerozlaşması ilə bağlıdır. Çox zaman ağrının yaranma və güclənməsi aybaşı sikli ilə əlaqəli olur (menstruasiyadan əvvəl estrogenlərin səviyyəsinin ən yüksək həddə çatdığı zaman ağrı hissi güclənir). Bəzən ağrının qol və kürək nahiyəsinə irradiasiyası müşahidə edilir. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #papilloma #mastopatiya

2/3/2021, 6:12:47 PM

Xəstəlik döş giləsi epitelinin defekti və ya orqanizmdə olan xroniki infeksiya ocağından qanla daxil olan patogen mikroflora tərəfindən törədilir. Döş giləsi stafillokoklar və Streptococcus agalactiae ilə daha çox; nadir hallarda Herpes virusu, Kandida cinsindən olan göbələklər və başqa törədicilərlə infeksiyalaşır. Patogen mikroorqanizmlərin çoxalmasını aktivləşdirən faktorlara aşağıdakılar aiddir: ▪️Laktostaz. ▪️Döş gilələrinin çatları. ▪️Döş giləsinin ekzeması, allergik dermatit. ▪️Axardaxili patologiya. ▪️Süd vəzilərinin travmaları. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #papilloma

1/31/2021, 6:04:49 PM

Latviyalı məşhur müğənni-Laima: “Çox şeyə, insanlara münasibətim dəyişdi. Mən özüm həqiqətən vacib olan fikirlərimi dəyişdirdim." Bir neçə il sonra müğənni mətbuata xəbər verib və bu xəstəliyə düçar olan hər kəsə dəstək verməyə davam etdi. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya

1/27/2021, 12:57:16 PM

İrinliyin müalicəsinin əsasında təcili cərrahi müdaxilə – absesin yarılması və drenajı durur. Cərrahi müdaxilə ilə paralel olaraq təyin olunmuş törədicinin həssaslığına müvafiq antibiotiklər təyin olunur; dezintoksikasiya məqsədilə infuzion terapiya həyata keçirilir. Bununla bərabər, ağrı sindromunu dəf edən, temperaturu azaldan və iltihab əlamətlərini zəiflədən QSİƏP-in qəbulu göstərişdir. İmmunitetin stimulyasiyası məqsədilə immunomodulyatorlar tövsiyə olunur. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #papilloma #abses

1/24/2021, 4:48:45 PM

Erkən mərhələ 2 sm-dən kiçik olan şiş deməkdir. Bu mərhələdə çox nadir hallarda metastaz verir. Süd vəzi xərçəngi yarandığı müddətdə heç bir əlamət bildirməyə bilər. Ona görə gec olmadan erkən vaxtda diaqnoz qoyulmağı müalicəni müvəffəqiyyətlə davam etdirməyə və xəstənin həyatda qalma şansını artırmağa kömək edən ən vacib faktdır. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #papilloma

1/19/2021, 4:02:05 PM

Bu zaman dəyişilmiş axar əzələyə qədər toxuma ilə qarışıq xaric olur. Əməliyyat təcili histoloji müayinənin cavabına əsasən yekunlaşır. Papilyar xərçəng aşkar olunarsa, radikal mastektomiya göstərişdir. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #papilloma

1/17/2021, 6:13:34 PM

Süd vəzilərinin axardaxili papillomalarının ilk klinik əlaməti döş giləsindən müxtəlif xarakterli, çox miqdarda sekretin xaric olmasıdır. Sekret şəffaf, ağımtıl, yaşılımtıl, qəhvəyi və ya qanlı ola bilər. Papilloma əsas axarda yerləşdikdə onu palpasiya etmək olur. Bu zaman palpasiya zamanı areola nahiyəsində elastik konsistensiyalı, təzyiq etdikdə az ağrılı dairəvi düyün təyin olunur. Düyünə təzyiq etdikdə döş giləsindən qanlı damcı ifraz olunur və törəmənin ölçüləri kiçilir. İkincili iltihabın prosesə qoşulması nəticəsində şişə bənzər düyün qalınlaşır, ətraf toxumada ödem inkişaf edir. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya #mastektomiya #sudvezixercengi #yagnekrozu #nekroz #aktinomikoz #papilloma

1/10/2021, 8:56:16 AM

Adətən, pasientlər döş giləsi nahiyəsində kiçik hiperemiyalaşmış düyün qeyd edirlər. Həmin düyünlər sonralar bərk və ağrılı infiltrata; daha sonra isə irinliyə çevrilir. İrinlik üzərindəki dəri bənövşəri rəng alır. Açılmış abses nahiyəsində uzun müddət sağalmayan fistullar əmələ gəlir və həmin fistullardan periodik olaraq irin xaric olur. Süd vəzilərinin aktinomikozu kontagioz xəstəlik deyil; müalicə olunmadıqda uzun illər davam edə bilər və proqressivləşməyə meyillidir. #mammologiya #mubarize #seninmubarizen #gecqalma # #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya #mastektomiya #sudvezixercengi #yagnekrozu #nekroz #aktinomikoz

1/8/2021, 8:46:09 AM

Hər kəs bədənin mümkün qədər sağlam qalmasına kömək edə bilər. Balanslı pəhriz, sağlam çəki, siqaretin və alkoqollu içkilərin məhdudlaşdırılması, müntəzəm idman etmək vacibdir. Ancaq başa düşmək lazımdır ki, sağlam bir həyat tərzi xərçəngin olmaması üçün zəmanət deyil, lakin xəstələnmə riskini azaltmaq üçün bir yoldur. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya #mastektomiya #sudvezixercengi #yagnekrozu #nekroz

12/30/2020, 6:48:07 AM

Xərçəng xəstəliyinin qorxulu hala çevrilməsi onu gec aşkar etdiyimizdə baş verir. Lakin erkən diaqnoz müalicəni müvəffəqiyyətlə davam etdirməyə və xəstənin həyatda qalma şansını artırmağa kömək edən ən vacib faktordur. Süd vəzi xərçənginin mərhələləri: Mərhələ 0-1 Bu zaman sağ qalma şansı 98-100% arasındadır. Mərhələ 2 Xərçəng hələ də erkən mərhələdədir, lakin xərçəngin böyüməyə və yayılmağa başladığına dair bir dəlil var. (sağ qalma şansı 93%) Mərhələ 3 Xərçəngin süd vəzi ətrafındakı toxumalara hücüm etməsinin sübutu ilə inkişaf etmiş hesab olunur. (sağ qalma şansı 72%) Mərhələ 4 Bu mərhələ xərçəngin bədənin digər bölgələrinə yayıldığını göstərir. (sağ qalma şansı 28%) #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya #mastektomiya #sudvezixercengi #yagnekrozu #nekroz

12/27/2020, 3:36:16 PM

Fibroadenolipoma (hamartoma) - süd vəzində yağ və fibroz toxumalardan ibarət xoşxassəli şişdir. Əsasən 35 yaşdan yuxarı qadınlarda təsadüf olunur. Bu şiş embriogenez proseslərin pozulması nəticəsində inkişaf edir. Ultrasəs müayinəsi ilə diaqnoz qoyulsa da əsas diaqnostik metod Rn mammoqrafiyasıdır. Əlamətləri - döş içində yaranan elastik bir düyün (sıx və ya yumşaq), ağrısızlıq, döşün birtərəfli böyüməsi. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya #mastektomiya #sudvezixercengi #yagnekrozu #nekroz #hamartoma #fibroadenolipoma

12/24/2020, 5:36:33 PM

Yağ nekrozu döşün yağ toxumasında inkişaf edən, iltihab yaratmayan xoşxassəli dəyişikliklərdir. Yağ nekrozu döşün istənilən yerində və hər yaşda meydana gələ bilər. Xəstəlik daha çox böyük süd vəzi olan qadınlarda yaranır. Yağ nekrozu kişilərdə də ola bilər lakin, bu çox nadirdir. Yağ toxumasının zədələnməsi ani çəki itkisi, şiddətli göyərmə, döş biopsiyası, radioterapiyasi və ya hər hansı bir süd vəzi əməliyyatı nəticəsində yarana bilər: - Plastik cərrahiyyə - Döş kiçildilməsi (mammoplastika) - Lipomodelinq (estetik məqsədlər üçün bədənin başqa bir yerindən götürülmüş yağın döşə vurulması) Bəzən insanlar bunun xərçəngə çevrilə biləcəyini düşünsələr də, buna dair heç bir dəlil yoxdur. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya #mastektomiya #sudvezixercengi #yagnekrozu #nekroz

12/11/2020, 11:07:32 PM

Aktrisa - Eddie Falco da süd vəzi xərçənginə qalib gələn məşhurlardandır. Xəstəliyi birinci mərhələdə aşkar edilən Falco kimyaterapiya və radioterapiya ilə sağlığına qovuşdu. Falco: “Ən çox müalicə müddətində insanların özünü necə hiss edirsən sualını soruşmağı məni əsəbləşdirirdi. Necə ola bilərəm ki.. Qorxurdum, özümü yaxşı hiss etmirdim və saçlarım tökülürdü” deyir və əlavə edir: “Amma müntəzəm olaraq qaçmaq pozitiv düşünməyimə səbəb oldu. Saçım tökülürdü amma bir-birindən fərqli papaqlar taxıb küçəyə çıxmaqdan çəkinmirdim.” Falco artıq kabusdan oyandı və tamamilə sağaldı. #onkologiya #mammologiya #mubarize #seninmubarizen #gecqalma #sudvezixercengi #mubarizeyashadir #xerceng #erkendiaqnoz #eddiefalco

12/9/2020, 9:45:02 PM

Fibroadenoma düyünlü mastopatiyanın klinik təzahürüdür. Fibroadenoma dəri ilə birləşməyən hərəkətli, girdə formalı törəmədir. Düyünün ölçüsü 1 neçə millimetrdən 5-7 sm-ə kimi böyüyə bilir. Qadınlar fibromadenomanı adətən süd vəzinin daxilində hərəkət edən düyün (bəzən 1 neçə ədəd) şəklində aşkar edirlər. Kiçik ölçülü fibroadenoma subyektiv olaraq, heç bir diskomfort törətmir. Fibroadenoma ətraf toxumaları zədələmir, qonşu orqanlara yayılmır. Süd vəzidə düyünlü törəmə müəyyən edildikdə xərçəng ehtimalını inkar etmək üçün biopsiya aparılır. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya #mastektomiya #sudvezixercengi

12/2/2020, 8:51:00 PM

Xəstə ürəyində xərçəngin öhdəsindən gələ biləcəyinə inandıqda, bu, bütün bədəninə təsir göstərir. Belə olduqda mübarizələri daha güclü, ağılları daha güclü, bədənləri daha güclü olur. Xərçəng tək bir orqana deyil, bütün vücuda təsir edir. Müalicə edilməsi vacib olan tək şiş deyil, bütün vücudumuzdur. Bu müalicənin əsas hissəsi daxili stress və emosional ziddiyyətlərin həlli prosesidir. Münasibətlərimizə, pəhrizimizə, işimizə, uşaqlarımıza qayğı göstərdiyimiz kimi ağlımıza da qayğı göstərməliyik. Ağlımızın vəziyyəti həyatımızın vəziyyətidir.⠀ #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya #mastektomiya #sudvezixercengi

11/29/2020, 4:50:18 PM

Biopsiya süd vəzi toxumasından nümunə alınıb, uyğun şəraitdə dondurulub, kəsilib, boyanıb, mikroskop altında incələnməsidir. Xərçəng toxumasının genetik quruluşunu və biologiyasını biopsiya ilə aşkar edərək şişin böyümə sürətini, digər orqanlara yayılma ehtimalını (metastaz) və hansı müalicə növünün (kimyaterapiya, radioterapiya və.s) təsirli olacağını və hətta hansı növ dərmanların daha təsirli olacağını təxmin edə bilərik. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #mastit #periduktalmastit #biopsiya

11/20/2020, 9:58:43 PM

Günümüzdə qapalı mühitlərdə işləmək, sağlam olmayan qidalar və kifayət qədər açıq havada olmamaq kimi səbəblər D vitamini çatışmazlığını artırır. Elmi araşdırmalara görə D vitamini çatışmazlığı xərçəng, diabet, hipertoniya, xroniki yorğunluq, depressiya, ürək və revmatik xəstəliklərə səbəb olur. Bu vitamin bir çox qidaların tərkibinə daxil olsa da qidadan günlük ehtiyacın yalnız 20%-i alınır. D vitaminin əsas mənbəyi isə günəş şüalarıdır. Bu səbəbdən açıq havada çox olmaq, gündə 15-20 dəq hər 2 qolun iç səthinin günəşlənməsi D vitaminin yaranması baxımından faydalıdır. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi #saglamqidalanma #vitamind

9/26/2020, 4:05:47 PM

Əksər hallarda, əlavə süd vəzi (polimastiya) yalnız psixoloji narahatlığa səbəb olan estetik problem deyil. Əlavə süd vəzində mastitdən bədxassəli yeni törəmələrə qədər süd vəzi xəstəliklərinin inkişaf etmə ehtimalı yüksəkdir. Buna görə bir xəstədə bu patoloji vəziyyətin olması, cərrahi müalicə aparılmadığı təqdirdə mütəxəssisin vaxtında xəbərdarlıq etməyinə və daimi dinamik izlənməsinə səbəb olmalıdır. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immünohistokimya #xerceng #kimyaterapiya #polimastiya #elavesudvezi

9/17/2020, 12:09:41 PM

🌺Hər vaxtınız xeyirli olsun.....🌺 ☀️Çox şükür bugün də yuxudan oyanıb həyatın gözəlliklərindən zövq ala bilirik..☀️ ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ Bugünkü postun müəllifî @nurcan_ufuq_ Siz də hekayənizi direktə yazaraq bizimlə bölüşün ➖➖➖➖➖☀️➖☀️☀️➖➖➖ Ilk dəfə xəstəliyimi biləndə çox qorxmuşdum..... özümdə hiss etmədən goyz yaşlarıma hakim ola bilmirdim... mamoqrafiyada ki həyəcanım, uzidə ki hekimin o baxışlarını həyatı boyu unutmayacam..., 💫 Mənen deyirem ki bu xəstəlik məndə əsəbdən, stresdən yarandi. 💫 İlk bu xəstəliklə mubarize apardığım günlər çox ağır və uzun , həyatımın ən çətin, acı günləri idi, heç unutmadığım emeliyyat günüm,.... gözüm əməliyyat otağında saatda qalmışdı, soruşurdum 11 olub saat...., 1 tek nigarancliqim var idi Qizim,..... 💫 saat 11 qizim məktəbdə, mən onun üçüncun narahatam. ... Və bizim bu çətin yolumuz,.... ❌ Mənen deyərdim ki, heç nə üçün həyatınızı korlamayın xanımlar, həyatınızın qədrini bilin, ... çünki bu həyatda heç kimə görə həyatımızı kədərli yaşamaqa dəyməz.. 💓 Sevin və sevilin, xoşbəxt olmağa çalışın... P.S. Biz qalib gələcəyik, və o gün gələcək. Öpürəm sizləri. 💫➖💫➖💫➖💫➖💫➖💫➖💫➖💫 #xercengeinadgulumse #xerceng #sudvezi #sağlamlıq #sevgi #seninmubarizen #hekim #cerrah #mammoloq #onkoloji̇ #xanimlar #qadin #heyathekayem #aztagram #azbloggers #azerbaycan #baku

8/27/2020, 9:12:54 AM

Süd vəzi qoruyucu əməliyyatlara göstəriş şişin mərhələsindən, lokalizasiyasından və immunohistokimyəvi variantından asılı olaraq seçilir. Süd vəzi qoruyucu əməliyyatlar şüa müalicəsi ilə tamamlanır. Kimyəvi və hormonal müalicənin aparılması histoloji və immunohistokimyəvi cavabdan asılı olur. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #mastektomiya #sudvezi #immunohistokimya

8/25/2020, 6:32:08 PM

🌺 Necəsən...?????? Bəzən özünə də sormalı insan "Necəsən, yaxşısanmı, varmı məndən bir şikayətin" deyə. Sonrasında isə ÖZÜ ÜÇÜN nə lazımdırsa etməlidir insan.....🌺🌺🌺🌺🌺🌺🌺🌺 #xercengeinadgulumse #obirsavaşçı #xanimlar #qadin #xercengeqarsimubarize #xerceng #kanser #azbloggers #aztagram #gozellik #sudvezixercengi #seninmubarizen #hekim #kosmetoloq #cerrah #mammoloq #onkoloji̇ #diyetoloq #diet #sağlamlıq #saglam #baki #azerbaycan #boutique

8/23/2020, 6:42:00 PM

🎗️İmmunoterapiya nədir❓❓❓ 📌Son zamanlar çoxlarımızın qarşısına çıxır ancaq bu haqda heç bir məlumatımız yoxdur. Qısa məlumat yazım,yaxında İmmunoterapiya haqda bir çox videolarımız olacaq. 🔸İmmunoterapiya elə bir müalicə növüdür ki, Kimyaterapiya və Tarqetni terapiyadan fərqli olaraq xərçəng hüceyrələrinə yönəlmir,əksinə immun sistemini stimulyasiya edir və möhkəmləndirir❗ Bir çox bu İmmunoterapiya ya aid olan dərmən növləri var : 💉 Pembrolizumob 💉Nivolumab 💉İpilimumab 💉Atezolizumab 🔻Yan təsirləri Kimyaterapiya ya baxanda azdır❗ 🔻Yaşam keyfiyyətini aşağı salmır❗ 🔻Təsiri uzunmüddətlidir❗ 🔻Öncədən İmmun markeri PD-L1 yoxlanılır. 🔻Buna uyğun həkim müalicə tərtib edir. 📌Yalnız Kimyaterapiyaya cavab verməyən bir çox xərçəngin növündə istifadə olunur. Ən çox Beyin,Ağciyər,Qan xərçənglərində istifadə olunur. Süd vəzi xərçəngində hələki çox yüksək nəticə əldə edilməyib. 👩🏻‍🔬Amma yaxın gələcəkdə Tibb sahəsi hər daim işlədiyinə görə,yerində durmayıb yeniliklər əldə etdiyinə görə Süd vəzi xərçəngi daxil olmaqla bütün xərçəng növlərində istifadə olunub,yüksək nəticə əldə ediləcək🤲 🔻Dünyanın 37 ölkəsində son illərdir istifadə olunur və çox bahalı müalicə növüdür❗ ⚡Azərbaycanda istifadə olunub olmadığı haqda məlumatımız yoxdur. Türkiyə,Rusiya və İsrail və s. kimi böyük dovlətlərdə istifadə olunur. Sağlam qalın🤍 ✍️@zuzuyusifova #sudvezixercengi #südvəzixərçəngi #mammoloq #mammoqrafiya #kimyaterapiya #radioterapiya #rak #mastektomi #onkoloji #onkologiya #sağlamqida #sağlamqalaq #memekanseri #cerrah #estetik #hekim #xercengeinadgulumse #xərcəngəinadgülümsə #seninmubarizen #saqlamyasam #baku #bakı #xanimlar #gozellik #aztagram #instabaku #xercengeinadgulumse

8/9/2020, 8:48:17 AM

✔️Sən bu boyda yüklə necə gülürsən?- dedi ✔️Gülüşüm yükümdən güclüdür, dedim.... 🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞🌞 #obirsavaşçı #xanimlar #kanser #xerceng #xerçengdeyilbizgüclüyük #xercengeinadgulumse #sudvezixercengi #sağlamlıq #seninmubarizen #psihologija #psicoterapia #xanimlar #saçbaxımı #kosmetoloq #sudvezi #hekim #cerrah #uzman #kimyaterapiya #gozellik #idman #fitness #pehriz #astagram #instablog #instabaku #baki

8/8/2020, 11:11:10 AM

Salamlar,dəyərli insanlar... Bügünkü mövzümüz Biz qadınların ən ağrılı,yaralı yeri olan Kimyaterapiya dövründə saçlarımızın tökülməsidir. Bəzilərimiz bunu adi qarşılasada bəzilərimizə həddən artıq çox pis təsir edir,axı biz qadınlar saçlarımızla fəxr edirik. Keçək mövzüya📢 Kimyaterapiya zamanı bədənimizə vurulan dərmanlar xərçəng hüceyrələri ilə yanaşı bədənimizdəki sağlam hüceyrələridə öldürürlər. Baş dərimizədə təsir edir və saçlarımız tökülür💇🏻‍♀️ Ancaq Kimyaterapiya zamanı başa taxılan DigniCap ( Buz papaq) metodu varki,baş dərisini soyudur və başdakı qan damarlarını büzüb sıxır və o hissəyə kimyaterapiya dərmənlarının getməsin ən az 40% qarşısın alır. Bu zaman saç tökülməsi azalır.💆🏻‍♀️ 🔻Heç bir ağrısı yoxdu❌ 🔻Saç dərisində və başboyun hissəsində (miqren,qaymarit kimi xəstəlikləri və digər xəstəlikləri olanlar) xəstəlikləri olanlara icazə yoxdur❌ 🧢Buz papağı -- Kimyaterapiya başlamamışdan yarım saat qabaq taxılır və Kimyaterapiya bitdikdən yarım saat sonra çıxarılır. Hər Kimyaterapiya aldıqda bu eyni ilə təkrarlanır. 📢Azərbaycanda istifadə olunub olunmadığı haqda heç bir məlumatım yoxdur. Məlumatı olan zəhmət olmasa,şərh bölməsinə yazsın👇 Ancaq Türkiyə,Rusiya,Amerika və bir çox olkələrdə istifadə olunur. Sağlam qalın,gözəl qalın🌼💮🌼 ✍️@zuzuyusifova #kimyaterapiya #radioterapiya #sudvezixercengi #südvəzixərçəngi #xərçəng #rak #memekanseri #onkoloji #onkologiya #sağlamqida #sağlamqalaq #mammoqrafiya #mammoloq #xercengeinadgulumse #kanser #xərcəngəinadgulumsə #cerrah #estetik #kosmetoloq #xanimlar #gozellik #seninmubarizen #makuep #aztagram #instabaku

8/7/2020, 8:05:11 AM

♦️Hər kəsə salamlar.♦️ ✔️Sizdən gələnlər rublikasında bugünkü postun müəllifi anonim olacaq ✔️ ♦️Men 2012-ci ildə süd vəzi xərçəngi ildə mübarizəyə başladım ....sinəmin birini kəsdilər... 3 -cü mərhələydi... Bakıda həkim demişdi ki , uzaqi 1 il ömrüm olacaq .... Getdik Gürcüstana...orda mənə kömək etdilər.. çox wukur..... 8 Ximya aldım, sonra şua aldım, 2016 - çi ildə çox təəsüf ki metastaz verdi limfaya , qolumun altina....😔😔😔yenidən əməliyat, şua , ximiya oldum... Sonra 2019 - cu ildə yenə metastaz verdi bawima 😔😔😔 cox pis hala düşdüm... heç kim inanmirdi ki mən sağ qalacam... komaya demek olar duşmuşdum ... yenə əməliyyat olundum ... Birdə yenidən şua .. saçım 3 dəfə qırxıldı ...coox pis oldum .... indidə qorxu içində yaşayıram, çünki baş əməliyyati çox təhlükəlidir...o cür insanlar çox yaşamır....😔😔😔😔😔 ♦️ Sağlam olun....sağlamlığınızın qeydinə qalın... P.S. Düşünürəm ki, bu xanımın sizin xoş, mativasiya edici sözlərinizə, dəstəyinizə ehtiyacı var... .. xoş , ümid dolu sözlərlə dəstək olaq...💓 . . . . . #xercengeinadgulumse #seninmubarizen #seninhekayen #xerceng #xanimlar #qızlar #saç #saçbakımı #gozellik #saqlamliq #saqlamqida #diet #fitnes #cerrah #hekim #kanser #xerceng #estetik #makeup #kosmetika #kosmetolog #ximiya #sua #uzi #seninmubarizen #obirsavaşçı

8/2/2020, 9:47:11 AM

Süd vəzi xərçənginin inkişafında ən vacib amil estrogendir. İnsanın estrogenə məruz qaldığı müddətin uzun olması bir risk faktorudur. Erkən yaşda menstruasiya keçirmək və gec menopoza girmək, estrogenə məruz qalma müddətini artıraraq süd vəzi xərçəngi riskini artırır. Normalda qadınlarda menopoz müddətində estrogenin əsas mənbəyi olan yumurtalıqlar hormon əmələ gətirmir. Lakin artıq çəkili insanlarda vəziyyət bir qədər fərqlidir. Yağ toxuması bu müddət ərzində ciddi miqdarda estrogen istehsal edir. Piylənmə nə qədər çox olsa, yağ toxumasından daha çox və uzun müddət estrogen buraxılır. Beləliklə bədən həddindən artıq estrogen təsiri altında qalır, bu da süd vəzi xərçəngi riskini artırır. #mammologiya #mubarize #seninmubarizen #gecqalma #duktoqrafiya #mubarizeyashadir #erkendiaqnoz #erkendiaqnoz #mammoloq #onkoloq #polimastiya #limfostaz #estrogen

7/22/2020, 1:27:50 PM